...

Azərbaycan Dövlət Neft Şirkəti Bakı neft emalı zavodunda iki yeni qurğunun inşası üzrə tender elan edəcək

Energetika Materials 2 Oktyabr 2006 18:55 (UTC +04:00)

Gələn ilin ortalarınadək Heydər Əliyev adına Bakı neft emalı zavodunda ümumi və müfəssəl injiniriq işləri başa çatacaq. Azərbaycan Dövlət Neft Şirkəti gələn ilin sonuna kimi yeni "Alkylene" və "Oxypro" qurğularının inşası layihəsi üzrə podratçı şirkətin seçimi üzrə tender elan etmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. Adıçəkilən qurğuların inşa müddəti 2 ildir.

Layihənin gerçəkləşdirilməsi yerli benzinlərin keyfiyyətini Avropa standartlarına (Avro-3) çatdırmağa və onların Avropa ölkələrinə ixracına imkan verəcək.

Bir qədər əvvəl Amerikanın "UOP Limited" şirkəti ARDNŞ-lə yüksək oktanlı benzin istehsalı üçün yeni kompleksin layihələndirilməsi üzrə müqavilə imzalayıb.

"Alkylene" qurğusu mühərrik yanacağının qələviləşdirilməsi texnologiyasının (UOP-un yeni ixtirası) təcrübədə istifadə edilməsinin dünyada ilk kommersiya nümunəsidir. Bu zaman S4-olefinin izobutanla qələviləşdirilməsi üçün maye turşular əvəzinə bərk katalizatorlardan istifadə olunur. "Alkylene" qurğusu mühərrik yanacağı qələvisi (ildə 300 min ton), "Oxypro" isə ekoloji təmiz benzin istehsalı üçün istifadə olunan yüksək oktanlı benzinin komponentlərini buraxacaq (ildə 130 min ton).

Xəbər lenti

Xəbər lenti