...

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiyskdən iki partiya gəlir neftinin satışı üzrə tender elan edib

Energetika Materials 12 Oktyabr 2006 15:18 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossisk limanından ümumi həcmi 1,204 mln. barrel olan iki tanker "Ural" markalı neft partiyasının satışı üzrə tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib.

584 min barrel (və ya 80 min ton) həcmində ilk partiyanın göndərilməsi noyabrın 7-8-nə, 620 min barrel (və ya 85 min ton) həcmində ikinci partiya isə noyabrın 18-19-na nəzərdə tutulub. Tenderə oktyabrın 18-də yekun vurulacaq.

Oktyabr ayında ARDNŞ Novorossiyskdən üç partiya neft satıb. Neftin ilk iki partiyasının alıcısı "Sun Oil S.A." (İsveçrə) şirkəti olub. Neftin üçüncü partiyası isə "REOC Ltd" (Virciniya adaları) şirkətinə satılıb.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft göndərib. 2004-cü ildə bu rəqəm 2,559 mln. ton olub.

2006-cı ilin əvvəlindən bəri Novorossiyskdən ARDNŞ-in neft partiyalarını aşağıdakı şirkətlər alıblar:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore (60 min ton);

May - Glencore (60 min ton);

İyun - Glencore (60 min ton);

İyul - Glencore (60 min ton);

Avqust - Glencore (131 min ton);

Avqust - Select Energy (78 min ton);

Sentyabr - REOC Ltd. (85 min ton);

Sentyabr - Iitol (85 min ton);

Oktyabr - Sun Oil S.A. (160 min ton);

Oktyabr - REOC Ltd. (135 min ton).

Xəbər lenti

Xəbər lenti