...

"Azərenerji" SC "Energetiklər günü"nü qeyd etməyə hazırlaşır

Energetika Materials 17 Oktyabr 2006 16:18 (UTC +04:00)

Oktyabrın 20-də Azərbaycanda "Energetiklər günü" qeyd olunacaq. Bu barədə Trend xəbər verir. Həmin gün təntənə ilə qeyd olunacaq, "Azərenerji" SC bir sıra tədbirlər təşkil edir.

Azərbaycanda elektrik enerjisi istehsalı 1873-cü ildə başlayıb. 1915-ci ildə ölkə artıq generasiya edən istehsal obyektlərinə malik olduğuna görə artıq üçüncü yeri tuturdu. "Azərenerji" 1935-ci ildə yaradılıb və cari ildə idarə fəaliyyətinin 71 illiyini qeyd edir.

Sentyabr ayında "Azərenerji" tərəfindən 1,6 mlrd. kVt/s elektrik enerjisi istehsl edib və bu, 2005-ci ilin sentyabr ayından 7,3% çoxdur. Sentyabr ayında istehsal edilmiş elektrik enerjisinin ümumi həcmdən 1,5 mlrd. kVt/s istilik elektrik stansiyalarının, təxminən 0,1 mlrd. kVt/s su elektrik stansiyalarının payına düşür. İlin əvvəlindən "Azərenerji" sistemində 17,5 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub və bunun 15,5 mlrd. kVt/s-ı istilik elektrik stansiyalarının payına düşür.

"Azərenerji" SC-nin rəhbəri Etibar Pirverdiyevdir.

Xəbər lenti

Xəbər lenti