...

Belarus Azərbaycan neftini idxal etməyə başlaya bilər

Energetika Materials 8 Noyabr 2006 20:54 (UTC +04:00)

Belarus gələcəkdə Azərbaycandan neft almaq məsələsinə baxa bilər. Trend -in məlumatına görə, bunu bu gün Belarusun Azərbaycandakı səfiri Nikolay Paçkeviç jurnalistlərə bildirib.

Səfirin sözlərinə görə, bu gün Belarusda neft emalının ümumi gücü 22 milyon ton təşkil edir. Modernləşmə üzrə işlərdən sonra emal gücü 24 milyon tona çatdırılacaq.

Səfirin məlumatına görə, Belarus əsasən idxal olunan nefti emal edir. O deyib: "Biz 2 milyon neft çıxarırıq, qalanını isə Rusiyadan alırıq". O bildirib ki, Azərbaycandan neft almaq məsələsi ciddi müzakirələrin predmeti ola bilər.

Diplomat qeyd edib ki, Belarusun Azərbaycandan ala biləcəyi neftin həcmi Azərbaycan tərəfinin təklifindən asılı olacaq.

Hazırda Azərbaycanda nefti ARDNŞ və "Azəri- Çıraq-Günəşli" yatağında ABƏŞ çıxarır. Eyni zamanda ölkənin quru ərazisində nefti MM və əməliyyat şirkətləri çıxarır.

Xəbər lenti

Xəbər lenti