...

Frenk Mermud: Amerika şirkətləri ARDNŞ-lə əməkdaşlıqdan razıdır

Energetika Materials 9 Noyabr 2006 16:16 (UTC +04:00)

Noyabrın 9-da ARDNŞ prezidenti Rövnəq Abdullayev ABŞ dövlət katibinin kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndəsi Frenk Mermudu və ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersini qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən bildirilib.

ABŞ Dövlət katibinin nümayəndəsi qeyd edib ki, Amerika şirkətləri ARDNŞ-lə əməkdaşlıqdan razıdır. O ümid etdiyini bildirib ki, şirkətlər və ARDNŞ arasında münasibətlər davam etdiriləcək və genişləndiriləcək.

F.Mermud ARDNŞ-in Abşeron yarımadasında çirklənmiş torpaqların təmizlənməsi üzrə geniş miqyaslı proqramını da yüksək qiymətləndirib. O qeyd edib ki, ABŞ-ın ən müasir texnologiyalardan istifadə edən ekoloji strukturları bu layihədə iştirak edə bilər.

ARDNŞ prezidenti şirkətin gerçəkləşdirməyi planlaşdırdığı layihələrdən danışıb. O qeyd edib ki, ARDNŞ və ABŞ şirkətlərinin əməkdaşlığı qarşılıqlı faydalıdır və gələcəkdə də davam etdiriləcək. Abşeron və Bakı buxtasındakı torpaqların təmizlənməsi istiqamətində işlərə 2007-ci ildə başlanacağını bildirən R.Abdullayev Amerika şirkətlərinin konkret təklifləri ARDNŞ-in Ekologiya İdarəsinə təqdim etməyi xahiş edib.

Xəbər lenti

Xəbər lenti