...

"Azərenerji" tədarük olunmuş elektrik enerjisinə görə ödənişlərin yığımını artırır

Energetika Materials 14 Noyabr 2006 15:16 (UTC +04:00)

İmişli regional enerji təchizatı İdarəsinin abunəçilərinə 20 mindən çox yeni elektrik sayğacı quraşdırılıb. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu günədək Beyləqan rayonunda 4995 (abunəçilərin sayı 12 639), İmişli rayonunda -5691 (abunəçiləri sayı 15 506), Ağcabədi rayonunda 6943 (abunəçilərin sayı 17 150), Saatlı rayonunda 957 (abunəçilərin sayı 13 419) və Ağdamda 650 (abunəçilərin sayı 5595) sayğac quraşdırılıb.

Oktyabrda region üzrə ödənişlərin yığımı 52,6% təşkil edib. Ödənişlər 51 583 abunəçi (80,3%) tərəfindən həyata keçirilib ki, bu da 260,874 min AZN təşkil edir. Sentyabrda 49 min abunəçidən (76%) alınmış göstəricilər 253,156 min AZN-ə bərabər olub.

Azərbaycan prezidentinin sərəncamına əsasən, ilin sonunadək bütün abunəçilərə sayğac quraşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti