...

Rusiya Azərbaycana tədarük olunan elektrik enerjisinin gücünü beş dəfə azaltmağı təklif edir

Energetika Materials 21 Noyabr 2006 16:43 (UTC +04:00)

Rusiya tərəfi Azərbaycana tədarük olunan elekrik enerjisini 300 MVt-dan 60 MVt-a qədər azaltmağı ölkəyə təklif edib, bu isə Azərbaycanı qane etmir. Həmçinin elektrik enerjisinin idxal tariflərinin də yüksəldilməsi nəzərdə tutulub. yaxın günlərdə "EES Rossii" RSC-nin nümayəndələri bu məsələlər üzrə danışıqlar aparmaq üçün Azərbaycana gələcəklər. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətindən məlumat verilib.

SC nümayəndələrinin sözlərinə görə, əgər Rusiya tərəfi elektrik enerjisi tədarükünü azaltsa, enerjini İrandan almaq olar. Bu halda ölkənin şimal bölgələrinin Rusiya enerjisi ilə, cənub bölgələri isə - İran enerjisi ilə təchiz etmək imkanı nəzərdən keçirilir. Lakin Rusiyanın elektrik enerjisinin alınması onun qiymətindən asılı olacaq.

Bu il noyabrın 30-a qədər Azərbaycan Rusiyaya gecə vaxtı satdığı 350 mln. kVt/s həcmində elektrik enerjisinin 1 kVt/saatını 1,6 sentə satacaq. Öz növbəsində, Rusiya tərəfi Azərbaycana gündüz saatlarında 1 kVt/saata görə 3,636 sent qiymətinə 1 mlrd. kVt/s enerji tədarük edəcək.

Ötən il Rusiyadan Azərbaycana 1 mlrd. 033 kVt/s elektrik enerjisi tədarük olunub. Tədarük zamanı 1 kVt/s enerjinin qiyməti 2,8 sent olub.

Xəbər lenti

Xəbər lenti