...

"Azərenerji" enerji təchizatı üzrə Şəki regional idarəsində 36 825 abunəçiyə sayğac quraşdırıb

Energetika Materials 21 Noyabr 2006 17:48 (UTC +04:00)

Enerji təchizatı üzrə Şəki regional idarəsində 36 825 abunəçiyə sayğac quraşdırılıb. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bundan Zaqatala rayonunun payına 8336 sayğac, Balakən rayonunun payına - 9030 sayğac, Qax rayonunun payına 1345 sayğac, Oğuz rayonunun payına 2393 sayğac düşür. Şəki rayonunda bu göstərici 15 721 sayğaca bərabərdir. Hər il bölgədə 400-dən artıq sayğac quraşdırılır. Şəki regional idarəsi üzrə abunəçilərin sayı cəmi 86 770-dir.

Oktyabr ayında bölgə üzrə 428 648 AZN toplanıb. Sentyabr ayında bu göstərici 395 717 AZN-ə bərabər olub.

Xəbər lenti

Xəbər lenti