ARDNŞ dekabrda Novorossiysk limanından 1,7 mln. barel 2 partiya neftin satışı üzrə tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən bildirilib.
1,08 mln. və 620 min barel həcmində hər iki partiya 20-31 dekabrda yola salınacaq. Tenderə noyabrın 30-da yekun vurulacaq.
Noyabrda ARDNŞ-in Novorossiyskdən satdığı 1,204 mln. barel neft partiyasını Glencore Energy UK Ltd (Böyük Britaniya) şirkəti alıb.
ARDNŞ 2004-cü ilə olan 2,559 mln. tona qarşı 2005-ci ildə Novorossiysk limanından 1,631 mln. ton neft satıb.
2006-cı ilin əvvəlindən ARDNŞ-in neft partiyalarını Novorossiyskdən aşağıdakı şirkətlər alıb:
Yanvar - Glencore (85 min ton);
Fevral - Taurus Petroleum (140 min ton);
Fevral - Glencore (60 min ton);
May - Glencore (60 min ton);
İyun - Glencore (60 min ton);
İyul - Glencore (60 min ton);
Avqust - Glencore (131 min ton);
Avqust - Select Energy (78 min ton);
Sentyabr - REOC Ltd. (85 min ton);
Sentyabr - Iitol (85 min ton);
Oktyabr - Sun Oil S.A. (160 min ton);
Oktyabr - REOC Ltd. (135 min ton);
Noyabr - Glencore Energy UK Ltd (165 min ton).