...

"Azərenerji" şəbəkələrində tədarük edilən elektrik enerjisinə görə ödəniş yığımı noyabrda 70 faizə çatıb

Energetika Materials 5 Dekabr 2006 15:30 (UTC +04:00)

2006-cı ilin noyabr ayında əhaliyə çatdırılan elektrik enerjisi üçün vəsaitlərin yığımı Azərbaycanın 46 rayonunda "Azərenerji" səhmdar cəmiyyəti tərəfindən idarə olunan şəbəkələrdə 69 faiz təşkil edib. Bu barədə SC mətbuat xidmətindən Trend ə verilən məlumatda deyilir. Ümumi göstərici 60-70 faiz arasında dəyişir.

Hazırda həmin şəbəkələrdə 622 min abonentə sayğac quraşdırılıb ki, bu 65 faizi təşkil edir. Hər ay təxminən 90 min sayğac quraşdırılır.

Çatdırılan elektrik enerjisinə görə ödənişlərin yığım həcmi Qazax rayonunda ən yüksək göstəriciyə çatıb - 92,7 faiz.

Xəbər lenti

Xəbər lenti