...

Noyabrın sonuna qədər Ceyhan limanından Azərbaycan nefti yüklənmiş 60-dan artıq tanker yola salınıb

Energetika Materials 7 Dekabr 2006 12:21 (UTC +04:00)

Bu ilin noyabr ayı ərzində Ceyhan limanından Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən 1 mln. 804,051 min ton neft Türkiyəyə tədarük edilib. Bu barədə Trend ə BP Azerbaijan şirkətindən bildiriblər. Bu həcmdə neft 17 tanker partiyası ilə satılıb.

Ümumilikdə bu ilin 13 iyulundan - Ceyhandan ilk tanker yola düşəndən bu limandan 5 mln. 964 min 679 ton neft yola salınıb. Şirkətdən bildiriblər ki, bu həcmdə neft 61 tanker partiyası ilə yola salınıb.

Xəbər lenti

Xəbər lenti