...

Qanunsuz şəkildə kəmərin kəsilməsi Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin ötürülməsinə təsir göstərməyib

Energetika Materials 9 Dekabr 2006 12:30 (UTC +04:00)

Rusiyaın Stavropol mahalında Azərbaycan nefti ötürülən Bakı-Tixoresk-Novorossiysk neft kəməri magistralında təxminən 50 ton neftin axması baş verib. Axmanın səbəbi kəmərin qanunsuz şəkildə kəsilməsi olub. Neftlə çirklənmiş ərazi 3 hektar təşkil edib.

ARDNŞ-dan Trend ə verilən məlumatda bildirilir ki, boru kəmərinin kəsilməsi və neftin axması xammalın ötürülməsinə mane olmayıb.

Noyabrda ARDNŞ Novorossiyskdən 229 min 376 ton neft yükləyib. 11 ay ərzində ARDNŞ ümumilikdə Novorossiysk limanından 1 mln. 091,8 min ton neft yükləyib. 2005-ci ildə isə ARDNŞ Novorossiysk limanından 2004-cü ildəki 2,559 mln. tona qarşı 1,631 mln. ton yükləyib.

Xəbər lenti

Xəbər lenti