...

Azərbaycan neftinin qiymətləri: həftənin yekunları (4-8 dekabr)

Energetika Materials 11 Dekabr 2006 15:23 (UTC +04:00)

4-8 dekabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı neftin AZERİ LT (CİF) növünün orta qiyməti $63,44/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $1,05/barel və ya 1,6% çoxdur. Trend xəbər verir ki, 4-8 dekabr həftəsində AZERİ LT neftinin maksimal qiyməti ötən həftəki $64,39/barellə müqayisədə $63,98/barel, minimal qiyməti isə ötən həftəki $59,97/barellə müqayisədə $63,40/barel təşkil edib.

4- 8 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı neftin URAL (EX-NOVO) növünün orta qiyməti $57,78/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $1,07/barel və ya 1,8% çoxdur. 4-8 dekabr həftəsində URAL neftinin maksimal qiyməti ötən həftəki $58,57/barellə müqayisədə $58,45/barel, minimal qiyməti isə ötən həftəki $54,47/barellə müqayisədə $57,21/barel təşkil edib.

4-8 dekabr həftəsində Brent (DTD) etalon növünün orta qiyməti $63,81/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $1,17/barel və ya 1,8% çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti ötən həftəki $64,96/barellə müqayisədə $64,25/barel, minimal qiyməti isə ötən həftəki $59,89/barellə müqayisədə $63,13/barel təşkil edib.

Azeri Light növünün sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir. URAL növünün sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri onun tərkibində az və ya çox keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD növünün sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

2006-cı ilin əvvəlindən ARDNŞ tenderlərdə Novorossiyskdən 1,536 mln. ton neft satıb. Novorossiyskdə ən çox ARDNŞ neftini Glencore treyderi - 621 min ton neft, sonra REOC Ltd - 452 min ton alıb. Sun Oil 160 min ton, Taurus Petroleum - 140 min ton, Vitol - 85 min ton və Select Energy - 78 min ton neft alıb.

Xəbər lenti

Xəbər lenti