...

Azərbaycan neft və qazın hasilat həcmini artırmaqda davam edir

Energetika Materials 16 Dekabr 2006 12:34 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 29 mln. 212,6 min ton xam neft hasil edilib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu həcm ötən ilin analoji dövrü ilə müqayisədə 46,3% çoxdur.

Yanvar-noyabr aylarında Azərbaycanda qaz hasilatının həcmi 6 mlrd. 097,1 mln. kubmetr təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 18,1% çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft və qaz hasilatının artım həcmi əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) hesabına baş verir. Bu ilin on bir ayı ərzində ABƏŞ tərəfindən 21 mln. ton neft və 2 mlrd. 100 mln. kubmetr qaz hasil edilib. Hər iki həcm ümumilikdə ötən ilkindən 78,3% çoxdur.

On bir ay ərzində Azərbaycanda 21 mlrd. 448 mln. kVt/s elektrik enerjisi istehsal edilib. Bu həcm ötən ildəkindən 6% çoxdur. Bunun 10,9%-i su elektrik stansiyalarının, 89,1%-i isə istilik elektrik stansiyalarının payına düşür.

Bu ilin yanvar-noyabr aylarında istilik enerjisinin istehsalı 4 mln. 634,7 Qkal təşkil edib. Bu, ötən ilin analoji dövründən 21,8% çoxdur.

Xəbər lenti

Xəbər lenti