...

Bakıda Azərbaycan və Türkiyənin sənaye nazirlərinin görüşü keçirilib

Energetika Materials 18 Dekabr 2006 20:45 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycanın Sənaye və Energetika Nazirliyində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə Türkiyənin Sənaye və Ticarət naziri Əli Coşqun arasında görüş keçirilib. Bu barədə Trend xəbər verir.

Türkiyə nazirliyinin rəhbəri türk sahibkarlarının respublikada keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu ifadə edib. Turizm, ticarət, tikinti, sənaye və b. sahələrdə əlaqələrin inkişafı nəzərdə tutulur.

Görüşün yekunu olaraq, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün işçi qrupun yaradılması məsələsini nəzərdən keçirmək barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti