...

"Azərenerji" elektrik stansiyası üçün Wartsila modullarının tədarük edilmə vaxtını müəyyən edib

Energetika Materials 19 Dekabr 2006 17:57 (UTC +04:00)

Finlyandiyanın Wartsila şirkəti 2007-ci ilin sonunda Səngəçalda yeni elektrik stansiyası üçün modul tədarük edəcək. Bütün gələn il ərzində onların istehsalını həyata keçirəcək. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Bu obyektin tikintisinin 2008-ci ilin sentyabr ayında tamamlanması nəzərdə tutulub. Wartsila Səngəçalda modul elektrik stansiyasının qazdan mazuta və əksinə keçməsi üçün yeni texnologiya təklif edib. Həmin texnologiya bu prosesi xeyli sürətləndirəcək. Əvvəl şirkət keçid üçün 24 saat təklif edirdi. Hazırda həmin müddət yarım saata qədər azaldılıb.

Səngəçal rayonunda yeni enerji generasiya edən istehsal obyektlərinin tikintisi Abşeron yarımadasının elektrik enerjisi ilə keyfiyyətli və aramsız təmin olunması üçün lazımdır. Sumqayıtda və "Şimal" elektrik stansiyasında yeni buxar-qaz qurğularının tikilməsinə baxmayaraq, problemlər qala bilər. Bu onunla izah olunur ki, paylayıcı şəbəkələrin ehtiyatı tükənib. Onlardan bəziləri 25 ildən artıqdır ki, işləyir. Elə şəbəkələr var ki, onların təxminən 60 yaşı var.

Xəbər lenti

Xəbər lenti