...

Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ildə aparılan qazmanın həcmini elan edib

Energetika Materials 9 Yanvar 2007 11:16 (UTC +04:00)

2006-cı ildə Dövlət Neft Şirkəti 151 494 metr həcmində qazma işləri aparıb. Bu barədə Trend ə ARDNŞ-dan bildiriblər. Bu həcm prqonozlaşdırılan göstəricidən 13 094 metr və 2005-ci ildə görülən qazma işlərinin həcmindən 18 142 metr çoxdur. 2006-cı ilin dekabrında yataqlarda 15 128 metr qazma işi aparılıb.

2006-cı il ərzində istismar qazma işlərinin həcmi 149 277 metr təşkil edib. Bu, həmin dövr üçün proqnozlaşdırılan göstəricidən 13 377 metr və 2005-ci il göstəricisindən 17 786 metr çoxdur. Dekabr ayında istismar qazma işləri 15 036 metr təşkil edib.

2006-cı il ərzində kəşfiyyat qazma işləri 2 217 metr təşkil edib. Bu, pronozlaşdırılan göstəricidən 283 metr az, 2005-ci il göstəricisindən isə 356 metr çoxdur. Dekabr ayında kəşfiyyat qazma 92 metr təşkil edib.

Xəbər lenti

Xəbər lenti