...

Azərbaycan sutkada 3 mln. kub metr qazın Gürcüstana tədarük edilməsinə hazırlaşır

Energetika Materials 10 Yanvar 2007 11:50 (UTC +04:00)

"Azəriqaz" QSC-dan çərşənbə günü Trend ə bildiriblər ki, Azərbaycan ilk qaz partiyasının Gürcüstana çatdırılmasına hazırlaşır.

Sutkalıq qaz həcmi 3 mln. kub metr təşkil edəcək. Qaz tədarükünün yaxın saatlarda başlanması gözlənilir.

Azərbaycan 10 gün ərzində Gürcüstana təbii qaz tədarük edəcək. Əldə olunmuşq razılığa əsasnə qaz tədarükü hər ayın 10-dan 20-nə qədər sutkada 3 mln. kub metr həcmində həyata keçiriləcək. Beləliklə, ümumi orta sutkalıq qaz həcmi ayda 1 mln. kub metr təşkil edəcək, necə ki, 2006-cı ildə Gürcüstanın baş naziri Zurab Noqaidelinin Bakıya səfəri zamanı əldə olunmuş razılaşmada göstərilib. Azərbaycan Gürcüstana Dövlət Neft Şirkəti tərəfindən öz yataqlarından hasil edilmiş qazı tədarük edəcək. Əvvəlcə Gürcüstan və Azərbaycan nümayəndələri 1 min kub metr qazın dəyərinin 120 dollar olacağını qeyd etmişdilər.

Hazırda Gürcüstana yeganə təbii qaz tədarükçüsü Rusiyaınn "Qazprom" şirkətidir. Rusiya qazının dəyəri 1 min kub metr üçün 235 dollar həcmindədir.

Bundan başqa, Azərbaycan bu il Gürcüstana "Şah dəniz" qaz kondensatı yatağından da qaz tədarük edəcək. Gürcüstanın alacağı hər 1000 kub metr qazın qiyməti 63 dollar olmaqla 250 mln. kub metr təşkil edəcək. Əlavə həcmlər və qiymət barədə məsələ isə ayrıca danışıqların predmetini təşkil edir.

Xəbər lenti

Xəbər lenti