...

Azərbaycan Gürcüstana qaz tədarkünün həyata keçirilməsi üçün texniki problemləri həll edir

Energetika Materials 11 Yanvar 2007 12:00 (UTC +04:00)

Hazırda Azərbaycandan Gürcüstana təbii qaz tədarük edilməsinin başlanmasına bəzi texniki problemlər mane olur. Çümə axşamı "Azəriqaz" QSC-dən Trend ə bildiriblər: "Bu prosesin bu gün günün ikinci yarısında başlanması istisna edlilmir". Qaz tədarükü bu gün Bakı vaxtı ilə 09-00-da başlamalı idi.

Azərbaycan qazının Gürcüstana tədarükünün sutkalıq həcmi 3 mln. kub metr təşkil edəcək. Azərbaycan 10 gün ərzində Gürcüstana təbii qaz tədarük edəcək. Əldə olunmuşq razılığa əsasnə qaz tədarükü hər ayın 10-dan 20-nə qədər sutkada 3 mln. kub metr həcmində həyata keçiriləcək. Beləliklə, ümumi orta sutkalıq qaz həcmi ayda 1 mln. kub metr təşkil edəcək, necə ki, 2006-cı ildə Gürcüstanın baş naziri Zurab Noqaidelinin Bakıya səfəri zamanı əldə olunmuş razılaşmada göstərilib. Azərbaycan Gürcüstana Dövlət Neft Şirkəti tərəfindən öz yataqlarından hasil edilmiş qazı tədarük edəcək. Əvvəlcə Gürcüstan və Azərbaycan nümayəndələri 1 min kub metr qazın dəyərinin 120 dollar olacağını qeyd etmişdilər.

Bundan başqa, Azərbaycan bu il Gürcüstana "Şah dəniz" qaz kondensatı yatağından da qaz tədarük edəcək. Gürcüstanın alacağı hər 1000 kub metr qazın qiyməti 63 dollar olmaqla 250 mln. kub metr təşkil edəcək. Əlavə həcmlər və qiymət barədə məsələ isə ayrıca danışıqların predmetini təşkil edir.

Xəbər lenti

Xəbər lenti