...

Azərbaycanın 9 yatağında kəşfiyyat işləri aparılır

Energetika Materials 12 Yanvar 2007 15:08 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin əməkdaşı Hümbət Vəliyev məlumat verib ki, Azərbaycanda aparılan geofiziki tədqiqatlar nəticəsində 650 antiklinal struktur aşkar edilib, onlardan 71-ində neft və qaz ytaqları aşkar edilib.

Bu yataqlardan 43-ü quruda, 28-i Xəzərin Azərbaycan sektorunda yerləşir. Hazırda quruda 36, dənizdə 18 yataq istismar olunur. 9 yataqda kəşfiyyat işləri aparılır.

Hazırda ARDNŞ quyularının istismar fondu (birgə müəssisələr və əməliyyat şirkətlərini çıxmaqla) 6174-ə bərabərdir. Ondardan 4742-si fəaliyyətdədir, 1422-si fəaliyyətdə olmayan fonda yerləşir.

Xəbər lenti

Xəbər lenti