...

Azərbaycan 2007-ci ildə 3 mlrd. kub metr pulsuz qaz alacaq

Energetika Materials 17 Yanvar 2007 18:31 (UTC +04:00)

Bu il Azərbaycan Azərbaycan Beynəlxalq Əməliyyat Şirokətindən (ABƏŞ) "Azəri"-"Çıraq"-"Günəşli" yatağının irimiqyaslı işlənməsi çərçivəsində 3 mlrd. kub metr havayı səmt qazı alacaq. "trend"in verdiyi xəbərə görə bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çərşənbə günü xəbər verib.

Hazırda Azərbaycana sutkada 8 mln. kub metrdən çox qaz verilib. Bunun 7 mln. kub metri Sanqaçal Neft Terminalından və 1,2 mln-u "neft Daşları"ndan verilir.

Əvvəllər güman olunurdu ki, "AÇG"-dən Azərbaycana verilən səmt qazının ümumi həcmi 1,4 mlrd. kub metr təşkil edəcək. BP yataqdan hasil olan qazı təzyiqi saxlamaq üçün geriyə qata vurur. Onun bir hissəsi Azərbaycan verilsə, onda yataqdan hasil olan qazın həcmi kimi vurulan qazın gəcmi də azalacaq. ABƏş artıq bu neft həcmi itkisinə görə kompensasiya ödəmələri məsələsini qaldırıb. ARNŞ isə bu həcmi kompensasiya etmək niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti