...

ARDNŞ başçısı: Azərbaycanda qaz hasilatının artması Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını bərpa etməyə imkan yarada bilər

Energetika Materials 17 Yanvar 2007 18:49 (UTC +04:00)

Azərbaycanda qaz hasilatının artması elektrik enerjisinin istehsalı üçün elektrik stansiyalarına mazutun tədarük həcmini azaltmağa imkan verəcək, bu isə Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını bərpa etməyə imkan yarada bilər.

"Demək olmaz ki, biz Bakı-Novorossiysk boru kəməri ilə neft ixracından tamamilə imtina etmişik", - deyə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev çərşənbə günü məlumat verib. Bu barədə Trend xəbər verir.

Onun sözlərinə görə, ölkənin elektrik stansiyalarının mazuta ehtiyacı olduğu müddətdə Bakı-Novorossiysk kəməri ilə neft ixracı həyata keçirilməyəcək.

R.Abdullayev həmçinin qeyd edib ki, benzin ixracının müvəqqəti dayandırılması həmçinin daxili tələbatların təmin olunması zərurəti ilə bağlıdır. Hazırda ARDNŞ benzin ixracının bərpa olunacağı müddəti müəyyən edir.

Xəbər lenti

Xəbər lenti