...

"AzQerneft" birgə müəssisəsi boru alışı üçün tender elan edib

Energetika Materials 17 Yanvar 2007 18:51 (UTC +04:00)

"AzQerneft" birgə müəssisəsi 2007-ci ildə 190 ton həcmdə Du 60 mm S-5,0 mm "D" borularının, "K" qrup L-9-10 metr nasos-kompressorların alışı üçün tender elan edib.

Trend xəbər verir ki, tenderin şərtlərinə görə, tədarükçü müqavilənin imzalandığı vaxtdan ən geci 4 ay sonra lazımi avadanlığı alıcının ünvanına tədarük etməlidir. Tədarük olunmuş avadanlığın dəyəri il ərzində hissə-hissə ödəniləcək.

Tender təklifləri 15 fevral 2007-ci il tarixindən gec olmayaraq qəbul olunacaqlar. Tender təklifləri 16 fevral 2007-ci il tarixində açılacaq.

Xəbər lenti

Xəbər lenti