...

Gürcüstanın neft terminalının Azərbaycan Dövlət Neft Şirkətinə satılması haqqında qərarın səbəbi bölgədə balansın bərpa olunması istəyi ilə bağlıdır

Energetika Materials 12 Fevral 2007 13:28 (UTC +04:00)

Kulevidəki (Gürcüstanın Qara dəniz sahili) neft terminalının Azərbaycan Dövlət Neft Şirkətinə satılması haqqında qərarın səbəbi bölgədə balansın bərpa olunması istəyi ilə bağlıdır. Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, "Teleimedi"yə verdiyi müsahibəsində terminalın keçmiş sahibi - iş adamı Badri Patarkatsişvili bildirib ki, Gürcüstana Qazaxıstan kapitalının axını gözlənilirdi və Azərbaycan tərəfinin terminalı almaq istəməsi haqqında təklifindən sonra Kulevidə tikilən obyektin satılması və bununla da Gürcüstana daxil olan xarici kapital arasında balansı bərpa etmək haqqında qərar qəbul olunub.

"Azərbaycan isə ona görə seçilib ki, o, Gürcüstanın strateji tərəfdaşı və qonşusudur, öz enerji daşıyıcılarının, o cümlədən ağ neft və qazın nəqli üçün neft terminalına ehtiyacı var idi", - deyə Patarkatsişvili bildirib.

Onun sözlərinə görə, indi terminal elə bir səviyyəyə çatdırılıb ki, bir neçə gün və ya həftədən sonra o, işə salına bilər.

"Artıq ağ neft terminalı hazırdır və yaxın gələcəkdə qaz terminalı da işə salınacaq. Bununla yanaşı, orada dəniz dibinin dərinləşdirilməsi üçün mütləq işlər görmək lazımdır", - deyə iş adamı qeyd edib və əlavə edib ki, o, Azərbaycan tərəfinə Kulevidəki limanın tikintisi planını verib.

"Mən Azərbaycan şirkətinin mənim özümün düşündüyümü Kulevidə etməyə hazır olduğunu biləndə çox şad oldum və ümid edirəm ki, Kulevidəki liman sahildə ən yaxşı liman olacaq", - deyə Patarkatsişvili bəyan edib.

Hazırda terminalın boşaldılıb yüklənmə gücü 10 mln. tondur. Terminalın çən parkının ümumi tutumu - 320 min kub metrdir. Bu terminalın yüklənib boşalma gücünün 15-20 tona qədər artırılması və çən parkının 380 min kub metrə qədər çoxaldılması planlaşdırılır. Dörd dəmir yolu ilə terminala 168 sisternin daşınması mümkündür. Giriş kanalının və 3 yan alma körpüsünün tikintisi başa çatıb.

Kulevidə həmçinin neft və neft məhsullarının yoxlanması üzrə beynəlxalq standartlara cavab verən laboratoriya və 9 yardımçı servis gəmisindən ibarət mobil flotiliya fəaliyyət göstərir. ARDNŞ-in mülkiyyətində olacaq dəmir yolunun və qazın yüklənməsi üçün xüsusi estakadaların çəkilişi üzrə işlər görülür. Terminalın 2007-ci ilin ikinci yarısında işə salınacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti