...

Azərbaycan Dövlət Neft Şirkəti iri dəniz yataqlarında neft hasilatı proqnozlarını müəyyənləşdirib

Energetika Materials 27 Fevral 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) bu gün verdiyi məlumata əsasən, şirkət neft yataqlarından 2006-cı ildə 898,5 min ton və 2005-ci ildə olan 812,2 min ton hasilata qarşı 2007-ci ildə 920,3 min ton neft çıxarmağı planlaşdırır.

Daha öncə Azərbaycan prezidenti tərəfindən yataqlardan neft hasilatının 1,2 mln. tona qədər artırılması barədə tapşırıq qoyulub.

Hazırda yataqlardan sutkalıq hasilat 2,5 min ton təşkil edir.

Yataqlardan neft çıxarmanın illik artımı 9-10% qiymətləndirilir.

ADNŞ-nin istismarında olan neft-qazçıxarma yataqlarının indiki sayı 430-dur. 2006-cı ildə 8 yeni neft quyusu istismara verilib. Bu il isə 19 yeni quyu istismara veriləcək.

Bununla yanaşı geoloji-texniki tədbirlər, quyuların yeraltı və tam təmirinin aparılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti