...

ARDNŞ Ceyhan limanından növbəti neft partiyasını Yeni Zelandiya şirkətinə satıb

Energetika Materials 16 Mart 2007 12:29 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) BTC boru kəməri vasitəsilə Ceyhan limanına çatdırılan Azeri Light neft partiyasının yüklənməsinə elan etdiyi tendiri bağlayıb. Bu barədə ADNŞ-dən məlumat verilib. Tenderin qalibi Yeni Zelandiyanın Sumato Energy Group Ltd şirkətidir. AZERI LT FOB neftinin qiyməti martın 15-də $60,09/barr təşkil edib (əvvəlki qiymətdən $0,07/barr aşağı düşüb).

2007-ci ildə ADNŞ-dən neft partiyasını əldə edən şirkətlər:

Glencore Energy UK Ltd - yanvar (1 mln. barrel);

VILMA OIL S.L - yanvar - fevral (1 mln. barrel);

Select Energy GmbH - fevral (600 min. barrel);

Select Energy GmbH - fevral-mart (1 mln. barrel);

Glencore Energy UK Ltd - mart (1 mln. barrel);

Addax BV- mart (1 mln. barrel);

Sumato Energy Group Ltd - aprel (1 mln. barrel).

Xəbər lenti

Xəbər lenti