Azərbaycan, Bakı /müxbir. Trend S.Aliev/ Yanvarda respublikada 7,5 mln.dollar məbləğində 313 mln.kVt/s. elektrik enerjisi idxal edilib. Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, alınmış elektrik enerjisinin həcmi keçən ilin analoji dövründəkindən 7,5 faiz az olunub.
Hazırda Azərbaycana elektrik enerjisi Rusiya, İran və Gürcüstandan idxal edilir. Türkiyə və İrandan isə elektrik enerjisi blokadada olan Naxçıvan Muxtar Respublikası üçün alınır.
Yanvarda idxalın ümumi həcmindən sement klinkeri məhsulları 3,2 mln. dollar (2006-cı ildən 9,9 fai z çox) məbləğində 69,9 min ton alınıb (2006-cı ildən 12,3 fai z çox). Sementin idxalı isə 2,3 mln.dollar məbləğinə 59,3 min ton həcmindədir.