...

Azərbaycanda yeni neft terminalının texniki imkanları genişləndirilir

Energetika Materials 30 Mart 2007 11:38 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalı dəmir yolu vasitəsilə növbəti ixrac və Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəqletmə üçün neftin ötürülməsi qabiliyyətinə malik olacaq. Bu barədə Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) İdarəsindən məlumat verilib.

Bunun üçün terminalda eyni vaxtda 80 vaqonu doldura biləcək estakada tikiləcək.

Terminalın tikintisi dörd aydan sonra başlayacaq. Onun dəyəri 80-90 milyon dollar təşkil edəcək. Obyekt üç mərhələdə tikiləcək: birinci mərhələdə ötürülmə gücü ildə 15 mln. ton neft, ikinci mərhələdə - 25 mln. ton, üçüncüdə isə 35-40 mln. ton təşkil edəcək. Terminalın birinci mərhələsinin tamamlanması 1,5 ildən sonraya təyin olunub.

Neft terminalının səhmdarları aşağıdakılardır: "Azərbaycan İnvestisiya Şirkəti" SC - 25 faiz, "Qafqazstransservis" SC - 20 faiz, iştirakçılar arasında həmçinin İİB, AİB və başqları da var.

Xəbər lenti

Xəbər lenti