...

"Bakıelektrikşəbəkə" ASC inkişaf proqramını təsdiq edib

Energetika Materials 31 Mart 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev / Bakı şəhərinin paylaycıcı elektrik şəbəkəsini idarə edən "Bakıelektrikşəbəkə" ASC paylayıcı şəbəkənin inkişaf layihəsini hazırlayıb və təsdiq edib. Bu barədə ASC-dən xəbər veriblər.

Dörd dövrdə həyata keçiriləcək proqram 2 mərhələdən ibarət olacaq. 2007-2009 və 2010-2020-ci illəri əhatə edəcək hər bir mərhələ ayrılıqda iki dövrdə həyata keçiriləcək.

İnkişaf proqramı mövcud şəbəkələrin yenidən qurulması və müasirləşdirilməsini, infrastrukturun yenilənməsi, öncə ödəmə sistemli sayğacların quraşdırılması və kadr siyasətini əhatə edir.

2006-cı ilin noyabrından ("Bakıelektrikşəbəkə" yaradılan vaxtdan) fevral ayına qədər investisiyaların həcmi təqribən 25 mln. manat təşkil edib. Bunun 12 mln. manatı prezidentin göstərişi ilə ehtiyat fondundan ayrılıb.

Xəbər lenti

Xəbər lenti