Azərbacyan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ISO 9001:2000 üzrə beynəlxalq sertifikat alıb. Bu barədə ADNŞ-dən məlumat verilib.
İdarəyə CH7/0266 saylı sertifikat verilib. İsveçrədə akkreditasiya almış sənəd 19 mart 2007-ci ildən 18 mart 2009-cu ilə qədər etibarlıdır.
"SGS AZERI LTD" şirkəti dekabrda idarənin uğurla başa çatmış setifikatlaşdırma auditini aparıb. Bu auditin yekunlarına əsasən, idarəyə ISO 9001:2000 sertifikatı təqdim olunub.