...

ARDNŞ istismar olunan quyu fondunun artdığını elan edib

Energetika Materials 6 Aprel 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin istismar olunan quyu fondu (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla), aprelin birinə olan məlumata görə, 6138 (1 marta - 6133 ədəd) quyu təşkil edib. Bu barədə ARDNŞ-dən məlumat veriblər.

Ümumi quyu fondundan 4861 ədədi (1 marta - 4851 ədəd) istifadədə olan fonddadır. 1266 quyu (1 marta - 1272) isə fəaliyyətini dayandırmış quyular fondundadır. 11 quyu (1 marta - 10) isə mənimsəmədədir.

Xəbər lenti

Xəbər lenti