...

ABƏŞ "Şahdəniz" layihəsi üçün 70 milyon kubmetrədək səmt qazı ötürüb

Energetika Materials 7 Aprel 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend / Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, 2007-ci ilin mart ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Şah dəniz" layihəsi üçün 0,03 mln.kubmetr səmt qazı ötürüb.

11 ay müddətində (qazın ötürülməsi 2006-cı ilin may ayından başlanıb) 67,33 mln.kubmetr qaz ötürülüb. Mayın 21-də sınaq buraxılışı üçün qaz Sanqaçal terminalından çıxarılıb.

Təcrübə üçün ADNŞ-in "Azəri"- "Çıraq"-"Günəşli" yataqlarından əldə etdiyi səmt qazından istifadə edilir.

Xəbər lenti

Xəbər lenti