...

Birinci rübdə Azərbaycan 54,1 faiz az elektrik enerjisi idxal edib

Energetika Materials 16 Aprel 2007 14:50 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Birinci rübb ərzində "Azərenerji" SC tərəfindən 66,6 mlrd. kVt/saatdan çox elektrik enerjisi əldə olunub. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib. 2006-cı ilin birinci rübündə təxminən 7 mlrd. kVt/saat elektrik enerjisi əldə olunmuşdu.

Bu ilin birinci üç ayı ərzində istehsal olunmuş ümum həcmin 6 mlrd. kVt/saatı istilik elektrik stansiyaları və təxminən 0,6 mlrd. kVt/saatı su elektirik stansiyalarının payına düşüb.

2007-ci ilin birinci rübü ərzində qonşu dövlətlərə elelktrik enerjisi axını davam etdirilib. Ümumilikdə 259,1 mln. kVt/saat elektrik enerjisi əldə olunub ki, bu da ötən ilin analoji dövründən 54,1 faiz azdır. Rusiyadan 97,3 mln. kVt/saat, İrandan 123,2 mln. kVt/saat, Türkiyədən 14,9 mln. kVt/saat və Gürcüstandan 23,6 mln. kVt/saat elektrik enerjisi alınıb.

Xəbər lenti

Xəbər lenti