...

Azərbaycanda boru idxalı 113,9 faiz artıb

Energetika Materials 17 Aprel 2007 14:02 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Yanvar-fevral aylarında Azərbaycan quru və dənizdəki yataqlarda əməliyyatların həyata keçirilməsi üçün 51,2 min ton müxtəlif metal borular idxal edib, bu da keçən ilin yanvar-fevral aylarındakı göstəricidən 113,9 faiz çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, göstərilən dövr ərzində 89,4 mln. dollar məbləğində boru idxal olunub. Bu da 2006-cı ilin analoji dövründən 188 faiz çoxdur.

Statistika Komitəsindən qeyd olunduğu kimi, neft-qaz boruları üçün boru idxalının payına yanvar-fevral aylarında 30,4 min ton düşüb. Bu da 2006-cı ilin analoji dövründən 827,7 faiz çoxdur. Yanvar-fevral aylarında 55,2 mln. dollar məbləğində neft-qaz boruları idxal olunub. Bu göstərici 2006-cı il göstəricisindən 1989,9 faiz çoxdur.

Statistika Komitəsindən həmçinin qeyd olunub ki, yanvar-fevral aylarında 4,2 min ton qazma borusu alınıb. Bu da 2006-cı ilin analoji dövründən 49,4 faiz azdır. Bu məhsul idxalının ümumi dəyəri 10,2 mln. dollar təşkil edib. Bu da 2006-cı ilin analoji dövründən 16,3 faiz çoxdur.

Azərbaycanda neft-qaz əməliyyatları ilə ADNŞ, xarici kapitalın iştirakı ilə PSA və ADNŞ BM tipli müqavilələr üzrə xarici şirkətlər məşğul olur.

Xəbər lenti

Xəbər lenti