...

Azərbaycanda benzin istehsalı təqribən 27% artıb

Energetika Materials 15 May 2007 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Heydər Əliyev adına Bakı NEZ (keçmiş Azərneftyanacağ) və Azərneftyağ yanvar-aprel aylarında 2660,29 min ton müxtəlif növ neft məhsulu istehsal edib.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil benzini istehsalı 26,9 faiz, ağ neft 4,2 faiz, neft bitiumu 75,8 faiz, nafta 33,3 faiz artıb.

Mazut və dizel yanacağı istehsalı aşağı düşüb.

2007-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı:

Min ton Yanvar-aprel 2007-ci il 2006-cı ilin yanvar-apreli ilə müq. % Anbar ehtiyatları 01.05.07
Avtomobil benzini 313,4 126,9 38,8
Ağ neft 275 104,2 23,7
Mazut yanacağı 934,6 87,8 33,9
Dizel yanacağı 666 92,6 10,6
Neft bitumu 40,6 175,8 1,5
Neft koksu
Sürtkü yağı 17 103 17,1
Nafta 187,5 133,3 2,8
Xəbər lenti

Xəbər lenti