...

BP 2007-ci ildə Azərbaycanda neft və qaz hasilatı üzrə proqnozları açıqlayıb

Energetika Materials 29 May 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2007-ci ildə "Azəri-Çıraq-Günəşli" yatağından sutkada orta hesabla 708.000 barel neft hasil olunmasını proqnozlaşdırır. Bunu çərşənbə axşamı mətbuat konfransında BP Azerbaijan rəhbəri Bill Şreder bildirib. BP Azerbaijan ABƏŞ-in operatorudur.

Onun sözlərinə görə, birinci rübün yekununa əsasən? "Azəri-Çıraq-Günəşli" yatağından sutkada orta hesabla təxminən 678.000 barel neft hasil olunub.

2007-ci ildə "Şahdəniz" yatağından sutkada 65 mion barel (neft ekvivalenti ilə) hasilat planlaşdırılır. Mərhələ-1 çərçivəsində ildə təqribən 8,6 mlrd. kubmetr qaz və sutkada təqribən 30 min barel kondensatın hasil olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti