...

Azərbaycanda ötürücü və paylaşdırıcı şəbəkələr yenidən qurulacaq

Energetika Materials 30 May 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyəti Azərbaycan hökumətinə ötürücü və paylaşdırıcı şəbəkələrin yenidən qurulması üzrə proqram təqdim edib. Proqramın dəyəri bir neçə yüz milyon dollar həcmində göstərilir. Bu barədə çərşənbə günü "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

"Azərenerji" Azərbaycanın 46 rayonunda paylaşdırıcı şəbəkələri idarə edir.

Əsgərovun sözlərinə görə, hazırda ötürücü və paylaşdırıcı şəbəkələrin əksəriyyəti köhnəlib. "Onlar öz dövrünü başa vurublar və bu üzdən də dəyişdirilməlidirlər" - deyə o bildirib.

Şirkət rəsmisi qeyd edib ki, yenidənqurma işlərinin əksəriyyətinin Azərbaycanda gerçəkləşəcəyi nəzərdə tutulur. Generasiya güclərinin və yarımstansiyaların yenidən qurulması Azərbaycanın yanacaq-energetik ilə bağlı Dövlət Proqramında (2005-2015-ci illər) nəzərdə tutulur.

Bakı və Sumqayıtda paylaşdırıcı şəbəkələrin yenidən qurulması ilə müvafiq olaraq "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" məşğuldur. Onlar bu şəbəkələri idarə edirlər.

Xəbər lenti

Xəbər lenti