...

Gürcüstanda Azərbaycan benzininin qiyməti tarixi rekord həddinə çatıb

Energetika Materials 30 May 2007 15:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Yaxın zamanlarda Gürcüstanda Azərbaycan benzininin qiyməti tarixi rekord həddinə çatacaq. Gürcüstanın İdxalçılar, ixracatçılar, istehsalçılar və neft məhsulları istehlakçıları ittifaqının sədri Vano Mtvralaşvili çərşənbə günü keçirdiyi brifinqdə bəyan edib ki, bu, dünyada neft məhsullarının qiymətinin artması ilə əlaqəlidir.

Mtvralaşvili bildirib ki, mayın 30-na olan məlumata əsasən, benzinin dünya qiymətləri $755,50 (1 ton üçün), dizel yanacağının qiyməti isə $598,25 (1 ton üçün) təşkil edir. Yəni son zamanlar bir ton benzinin qiyməti orta hesabla 165 dollar, dizel yanacağının qiyməti isə 70 dollar artıb.

Mtvralaşvilinin proqnozlarına əsasən, Gürcüstanda Azərbaycan benzininin qiyməti 1,5 - 1,55 lariyədək artacaq.

"Bu, Gürcüstanda Azərbaycan benzininin qiyməti üçün tarixi rekorddur" - deyən Mtvralaşvili qeyd edib ki, Avropa istehsalı olan benzin Azərbaycan analoqundan 10 tetri (6 sent) bahadır.

Xəbər lenti

Xəbər lenti