...

Azərbaycanla Braziliya energetika sahəsindəki əməkdaşlığa dair memorandum imzalamaq niyyətindədir

Energetika Materials 30 May 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Braziliyanın Azərbaycanda akkreditə olunmuş səfiri Kesario Melantoniya Neto ilə görüşüb.

Nazirliyin çərşənbə günü yaydığı məlumata görə, görüş zamanı Əliyev səfirə Azərbaycanın neft siyasəti barədə bilgilər verib.

Tərəflər sənaye və energetika sahəsindəki əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Əldə olunan razılaşmaya əsasən, yaxın zamanlarda Azərbaycanla Braziliya arasında energetika sahəsindəki əməkdaşlığa dair memorandum imzalanacaq.

Xəbər lenti

Xəbər lenti