Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Bu gün Azərbaycanda kimya məhsullarının tamhəcmli istehsalı üçün 1 mlrd. dollardan çox vəsait lazımdır. Bunu çərşənbə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.
İngilis məsləhətçilərinin qiymətləndirilməsinə əsasən, 1994-95-ci illərdə Azərbaycanın kimya sahəsinin bərpası 500 mln. dollar həcmində dəyərləndirilirdi.
Hazırda "Azərkimya" DK-nın tərkibində beş iri müəssisə var. Buradakı xammalın istehsalı EP-300 zavodu ilə sıx bağlıdır.
"EP-300 zavodu vasitəsi ilə yerli xammal əsasında konsepsiyanı hazırlamaqdan asan bir şey yoxdur. Bütün bunları etmək lazımdır" - deyə nazir vurğulayıb.
Əliyevin sözlərinə görə, 2007-2012-ci illəri əhatə edən qeyri-neft sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı qısa müddət ərzində müvafiq konsepsiyanın inkişafını nəzərdə tutur.