...

"Samruk" Holdinqin İdarə Heyətinin rəhbər müavini: "Transxəzər qaz kəməri alıcılarla qazın qiyməti barədə danışıqlarda Qazaxıstana müstəqillik verəcək"

Energetika Materials 8 İyun 2007 18:47 (UTC +04:00)
"Samruk" Holdinqin İdarə Heyətinin rəhbər müavini: "Transxəzər qaz kəməri alıcılarla qazın qiyməti barədə danışıqlarda Qazaxıstana müstəqillik verəcək"

Qazaxıstan, Astana /müxbir Trend K.Konırova/ Qazaxıstanın bütün iri milli şirkətlərini özündə birləşdirən "Samruk" Dövlət Holdinqi SC-nin İdarə Heyətinin rəhbər müavini Ulf Vokurka ilə Trend ın müsahibəsi.

- Son illər AB, əsasən də energetika üzrə Avropa komissarı Andris Pibalqsın fəal olaraq müzakirə etdiyi Transxəzər qaz kəməri layihəsi ilə bağlı sizin nöqteyi-nəzəriniz necədir?

- Bu gün Qazaxıstan öz karbohidrogenlərini çatdırmaq üçün iki istiqamətə - Rusiya və Çinə ixrac istiqamətinə malikdir. Bu halda Transxəzər qaz kəməri daha bir istiqamət verərdi: Zaqafqaziyadan Türkiyəyə və daha sonra Cənubi Avropaya. Təbii ki, bu müəyyən üstünlükdür, belə ki, avtomatik olaraq yeni satış bazarları əlavə olunur. Bu isə alıcılarla qazın qiyməti barədə danışıqlarda daha çox müstəqillik deməkdir.

- Belə bir fikir var ki, üç dövlət başçısı tərəfindən Xəzəryanı qaz kəmərinin tikintisi barədə bu yaxınlarda qəbul olunmuş qərar Transxəzər qaz kəmərinin reallaşdırılması üzrə planların üstündən xətt çəkir?

- Bu, Xəzəryanı qaz kəmərinin reallaşdırılacağı təqdirdə onun gücündən asılı olacaq. Əgər Türkmənistan və Rusiya belə həcmlər barədə razılığa gəlsə, Qazaxıstana təbii qazın istehsalı planında daha bir layihəni müstəqil reallaşdırmağa dəyməz, Transxəzər bu layihənin iqtisadi cəhətdən məqsədyönlü olmaması səbəbindən lazım olmayacaq. Lakin qeyd edim ki, hər şey yeni Xəzəryanı boru kəməri vasitəsilə ötürüləcək həcmlərdən və Qazaxıstanın özündə hasilat həcmindən asılı olacaq. Məlum olduğu kimi, Qazaxıstanda neft-kimya və qaz-kimya komplekslərinin yaradılması planlaşdırılır. Bu komplekslərə uzun müddət ərzində böyük qaz həcmləri çatdırmaq tələb olunacaq. Buna görə də iki yeni qaz kəmərinin doldurulması üçün qaz çatışmazlığı ilə bağlı vəziyyət yarana bilər.

- Qazaxıstanda "Shell"in rəhbəri Martin Ferstl bizim Xəzəryanı qaz kəmərinin tikintisi haqqında qərarı şərh etmək xahişimizə cavab verib ki, "Biz həm Mərkəzi Asiya respublikaları, həmçinin Avropa üçün yeni qaz ssenarisinin inkişafının şahidləri olduq". Amma bu ssenari Mərkəzi Asiya respublikaları üçün yenidirmi, belə ki, qaz əvvəllər də buradan Rusiya vasitəsilə ötürülürdü.

- Bu həqiqətən də yeni ssenaridir, lakin mən dəqiqləşdirərdim. O, yeni ola bilər, lakin burada coğrafi və texniki plan nəzərdə tutulmur. Əgər maliyyə və hüquq bölməsində müvafiq şərtlər qəbul olunsa, o, yeni ola bilər.

Bu ssenarinin yeniliyi yalnız qaz istehsalçılarının vasitəçi infrastrukturlarla - xammalın çatdırılması üzrə Rusiya ilə əvvəlkilərdən fərqlənən digər şərtlərin olduğu halda ola bilər. Lakin çatdırmaya və qaza olan qiymətə məsuliyyət yalnız rusiyalı əməkdaşın üzərinə qoyulmamalıdır. İstehsalçılar və nəqliyyatçılar arasında məsuliyyət və hüquqların ədalətli bölüşdürülməsi aparılmalıdır. Türkmənistan və Qazaxıstan Rusiya ilə sərhəddə qaz üzərində olan nəzarəti itirməməlidir. Bu halda yenilikdən danışmaq olar.

Xəbər lenti

Xəbər lenti