...

ARDNŞ dəniz bloklarının biri ilə bağlı kommersiya danışıqlarına başlayıb

Energetika Materials 12 İyun 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Fransanın Total şirkəti "Abşeron" dəiz blokunun kəşfiyyatı və işlənməsi layihəsi ilə bağlı kommersiya danışıqları aparırlar. Bu barədə ARDNŞ-dən məlumat verilib.

Fransa şirkəti ilə imzalanan memorandum çərçivəsində ARDNŞ üzərinə sənədin fəaliyyət müddəti zamanı digər şirkətlərlə layihə ilə bağlı danışıqlar aparmamaq öhdəliyi götürüb. Sənəd 2007-ci ilin fevralın 8-də imzalanıb. Onun müddəti 1 ildir.

ARDNŞ Total şirkətinə "Abşeron" bloku ilə bağlı təkliflər paketini təqdim edib.

Blokda artıq şirkətlər konsorsiumu işləyib. Operator rolunda ABŞ-ın ChevronTexaco şirkəti çıxış edib. Müqavilədə Total da iştirak edib, lakin quyu qazıldıqdan sonra aşkar olunan ehtiyatlar kommersiya baxımından cəlbedici kimi dəyərləndirilməyib.

"Bu gün isə dünya bazarında neftin yüksək qiyməti və bazar konyukturu bu bloku yenidən cəlbedici edib" - deyə ARDNŞ-dən vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti