Azərbaycan, Bakı/müx. Trend İ.Xəlilova / Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramovun verdiyi məlumata görə, 2008-ci il üçün büdcə proqnozlarının hazırlanması "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi ilə məşğul olan Aərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin vergi sisteminin xüsusiyyətlərinin müəyyən edilməsindən asılıdır. "Birinci yarımilin nəticələrinə əsasən, nefin qiymətlərindən asılı olaraq vəziyyət aydınlaşır, uyğun olaraq avqustun əvvəlində ABƏŞ-in vergi sistemi ilə əlaqədar dövlətin mövqeyi formalaşdırlıb" - deyə nazir müavini bildirib.
Vergi sistieminin dəyişdirilməsi koeffitsient R- faktorun, gəlirli neftin bölüşdürülməsi sisteminin dəyişdirilməsini nəzərdə tutur.
"Hazırda neft gəlirləri 30% olmaqla ARNDŞ, 70% olmaqla podratçı şirkətlər arasında bölüşdürülür, bu rəqəmlər 55% və 45% , hətta 80% -20% arasında dəyişə bilər" - deyə Bayramov bildirib.
Neftin qiymətlərinin artmasını nəzərə alaraq xarici investisiyaların geri qaytarılması sürətli templərlə baş verir və bunun da nəticəsində əsas vəsaitlər 2008-ci ilin yanvar ayında sıfıra bərabər ola bilər. Belə proqnozlar neftin qiymətinin gözlənilən $80/barr. olması ilə əlaqədardır.
Uyğun olaraq gələn ilin birinci kvartalında neft gəlirlərinin bölüşdürülməsi 55% və 45% olmaqla yeni mexanizmin tətbiq edilməsini nəzərdə tutur, ikinci və üçüncü kvartaldan isə neft gəlirlərinin 80%-i ARNDŞ-ə, 20%-i isə ABƏŞ-in tərkibinə daxil olan digər podratçı şirkətlərə veriləcək.