...

İtaliyanın ENI konserni Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatlarını açıqlayıb

Energetika Materials 21 İyun 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ İtaliyanın ENI konserninin 2007-ci il üçün neft-qaz icmalında göstərilib ki, 2007-ci ilin yanvar ayının birinə təsdiq olunmuş qaz ehtiyatları 1,37 trln. kubmetr təşkil edib. ENI-nin qaz hasilatı ehtiyatlarının qiymətləndirməsi 2000-ci ildən dəyişməyib.

ENI-nin məlumatına görə, 10 il (1995-2005) ərzində Azərbaycanda qaz tələbatı 1,44 dəfə artaraq illik 10 mlrd kibmetrə çatıb.

Hər adam üçün qaz tələbatı 1,32 dəfə artaraq illik 1196 kubmetr təşkil edib.

Əhaliyə verilən qazı Dövlət Neft Şirkəti öz vəsaiti heesabına çıxarır. Yanacaq həmçinin "Şahdəniz" yatağında da hasil olunur.

Xəbər lenti

Xəbər lenti