...

Nazir: "Şahdəniz" layihəsi çərçivəsində razılığa gəlinib

Energetika Materials 25 İyun 2007 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı /"Trend "/Türkiyə və Azərbaycan Avropa bazarlarına qazın ixrac olunacağı "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə layihə çərçivəsində problemləri həll ediblər və razılığa gəliblər. Bu barədə bazar ertəsi Türkiyənin energetika naziri Hilmi Gülər bildirib.

"Dünən mən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşdüm və bu problem üzrə razılığa gəldik",-deyə Gülər Reyter agentliyinə bildirib.

Türkiyə daha öncə ilk Azərbaycan qazını Yunanıstana iyulun sonunda ixrac etməyi planlaşdırırdı. İndi isə bu, avqustun sonuna gözlənilir.

Hazırda "Şahdəniz" yatağında 3 quyu istismara tam hazır vəziyyətdədir. "Şahdəniz" yatağından "Mərhələ-1" çərçivəsində ildə 8,6 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub. Bu il yataqdan 5,7 mlrd. kubmetr qaz çıxarılacaq ki, ordan da Azərbaycanın payına 2,7 mlrd. düşür.

"Şahdəniz" layihəsinin işlənilməsi barədə razılaşma 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilənin iştirakçıları: BP (operator) -25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti