Azərbaycan, Bakı / Trend / Yaxın bir neçə gün ərzində Azərbaycana balans kartları sistemi əsasında işləyən 15 min yeni elektrik cihaz gətiriləcək. Bu barədə "Azərenerji" Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat veriblər.
Hazırda öncədən ödəmə kart əsasında fəaliyyət göstərən yeni sistemin tətbiqi ilə bağlı layihə Gəncədə gerçəkləşdirilir.
Sistemin tətbiqi üç mərhələdə reallaşdırılır: birinci mərhələ - mövcud paylayıcı sistemin hazırlığı, ikinci mərhələ - SİP kabellərin quraşdırılması və üçüncü mərhələ - fərdi sayğacların quraşdırılmasından ibarətdir.
Müvafiq sistemin tətbiqi texnologiyalarının mənimsənilməsi üçün Çindən mütəxəssislər dəvət olunub.