Azərbaycan, Bakı/ Trend / "Azərkimya" dövlət şirkəti 2007-ci ildə "Etilen-Polietilen" zavodunda istehsal prosesində istifadə olunan yağın alınması üçün tender elan edib. Dövlət şirkətindən bildiriblər ki tender bir lot üzrə - 144 ton həcmində Avro WOM-17 yağının alınması üçün elan olunub.
Tenderdə iştirak etmək istəyən şirkətlərin sənədləri sentyabrın 7-nə qədər qəbul olunacaq. Tenderdə iştirak haqqı 200 manat təşkil edir.
Namizədlərin tender təklifləri isə sentyabrın 20-dən gec olmayaraq qəbul olunacaq. Təkliflərin açılışı isə sentyabrın 21-də zaodun binasında təşkil olunacaq.