...

Azərbaycan Gürcüstana maye qaz ixracını bərpa edib

Energetika Materials 20 Avqust 2007 11:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müx. N.Kirtsxalia/ Gürcüstanda maye qaz çatışmazlığı aradan qaldırılacaq. Bazar ertəsi Gürcüstan hökumətindən verilən xəbərə görə, bu gündən etibarən Azərbaycandan yanacağın bu növünün idxalı bərpa olunub.

Gürcüstanda maye qazın müəyyən çatışmazlığı onun Azərbaycandakı istehsal həcminin azalmasından sonra yaranıb. Bu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda katalitik krekinq qurğusunun təmirə dayandırılması nəticəsində baş verib.

Ən çox çatışmazlıq Gürcüstanda qaz magistralının keçmədiyi bölgələrdə müşahidə olunub. Bu bölgələrdə əhali əsasən maye qazından istifadə edir.

Gürcüstanın maye qazına aylıq tələbatı 2500 ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti