...

Moody's Xalq Bankın reytinqlərini yüksəldib

Maliyyə Materials 16 Aprel 2019 20:43 (UTC +04:00)
Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yüksəldib.
Moody's Xalq Bankın reytinqlərini yüksəldib

Bakı. Trend:

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yüksəldib.

Xalq Bankdan Trend-ə verilən məlumata görə, bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini bir pillə yüksəldərək B2 səviyyəsində müəyyən edib və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib.

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) Сaa1-dən B3-ə yüksəldib, bu da Bank aktivlərinin keyfiyyətinin yüksəlməsi, mənfəətliliyinin artması və yüksək kapital ilə əlaqəlidir.

Bundan əlavə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqi (CR Assessments) B2(cr)-dən B1(cr)/Not Prime səviyyəsinədək artırılıb.

Bankın qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqlənib.

Moody’s ekspertləri Bankın reytinq üzrə proqnozunu “Stabil“ olaraq qiymətləndirilməsini Xalq Bankın kredit göstəricilərinin yaxın 12-18 ay ərzində dəyişməyəcəyi və eyni səviyyədə qalması ilə bağlı gözləntilər ilə əsaslandırırlar.

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti