Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:
Asiya İnkişaf Bankı (AİB) Yevgeni Jukovu Mərkəzi və Qərbi Asiya regional departamentinin baş direktoru vəzifəsinə təyin edib.
Trend bu barədə Banka istinadən məlumat verir.
Y.Jukov AİB-in Azərbaycanın da daxil olduğu regionun 10 ölkəsi ilə qarşılıqlı fəaliyyətinə rəhbərlik edəcək, eləcə də bankın 24 milyard dollar məbləğində regional portfelini idarə edəcək.
O, bu vəzifədə təxminən 30 il işləmiş Verner Lipakı əvəz edib.